• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Söyün Sadıxov "Azərros"un yeni prezidenti seçilib

Söyün Sadıxov
15.04.2015 10:16
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "Azərros"un növbədənkənar VI Qurultayı keçirilib.

 APA-nın Moskva müxbirinin məlumatına görə, qurultayda quruma yeni prezidenti, Federal Şuranın sədri və üzvləri seçilib.
 
Rusiya Federasiyasının regionlarından 87 nəfər nümayəndə heyəti iştirak edib. Qurultayı idarə etmək üçün Nizami Bəşirov sədr, Yusif Xıdırov isə katib seçilib. Qurultayın Rəyasət Heyətində isə akademik Heydər İmanov, Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq Heydər Camal və "Azərros"un fəxri prezidenti Söyün Sadıxov təmsil olunublar.
 
Daha sonra "Azərros" prezidentliyinə namizədlər irəli sürülüb. Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov və digər diaspor üzvləri tərəfindən qurumun keçmiş prezidenti Söyün Sadıxov yenidən prezidentliyə namizədliyi təklif olunub. Qurultayın yanvarın 17-də keçirilən ilk iclasında prezidentliyə namizədliyi irəli sürülən Mehriban Abdullayeva və Yusif Xıdırov Söyün Sadıxovun xeyrinə namizədliklərini geri götürüblər. Digər namizəd Qalib Ağayev isə Söyün Sadıxova rəqib olacağını açıqlayıb. Beləliklə, "Azərros" FMMM-in prezidentliyi uğrunda iki nəfər arasında mübarizə gedib.
 
Qurultay iştirakçıları arasında səsvermə keçirilib. Söyün Sadıxov "Azərros" FMMM-in yeni prezidenti seçilib.
 
Federal Şuranın sədri vəzifəsinə Nizami Bəşirov seçilib. Rusiyanın regionlarından və Moskvadan ümumilikdə 49 nəfər Federal Şuranın üzvü seçilib. 
 
Qurumun prezidenti seçilmiş Söyün Sadıxov çıxış edərək "Azərros" bundan sonra heç kəsin şəxsi mənafeyinə qulluq etməyəcəyini söyləyib: "Abbas Abbasovu müəyyən qüvvələr idarə edir, o, bu oyunlarda "peşka”dır. O, Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Mən buna biganə qala bilməzdim".
 
Qurultayda çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Rusiyadakı Azərbaycan diasporunun vahid olmasının, eyni məqsədə xidmət etməsinin, Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə verməsinin vacibliyini qeyd edib.  
 
Akademik Heydər İmanov isə çıxışında Söyün Sadıxovu təbrik edib və bundan sonra "Azərros”un daha ciddi fəaliyyət göstərməli olduğunu deyib.
 
Qurultayda müxtəlif regionlardan gələn diaspor üzvləri çıxış edərək, qurumun bir müddət fəaliyyətsiz qalmasından təəssüflərini ifadə edib, yeni seçilən rəhbərin təşkilatdakı problemləri həll edəcəyinə ümid etdiklərini bildiriblər.
 
Qurultayda Rusiya hökumətinin nümayəndəsi İqor Valerianoviç Tiunçik də iştirak edib.  
 
Qeyd edək ki, "Azərros" FMMM-in növbədənkənar VI Qurultayının əvvəlcədən Beynəlxalq Ticarət Mərkəzində keçirilməsi elan olunsa da, qurultayın həmin ünvanda keçirilməsinə icazə verilməyib. Təşkilat Komitəsi qurultayı başqa ünvanda keçirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki erməni hərbçi öldürüldü- Cəbhədə atışma
Qaynari.nfo 03:50
İki erməni hərbçi öldürüldü- Cəbhədə atışma
Azərbaycan Ordusu 3 şəhid verib
Qaynari.nfo 19:43
Azərbaycan Ordusu 3 şəhid verib
​Avropa Parlamenti qondarma
Qaynari.nfo 10:13
​Avropa Parlamenti qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdi
Söyün Sadıxov
Qaynari.nfo 10:16
Söyün Sadıxov "Azərros"un yeni prezidenti seçilib
Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”
Qaynari.nfo 12:55
Millət vəkili: “Dünyanın hər yerində korrupsiya bəlası var”
Qaynari.nfo 19:58
"AzərRos" prezident İlham Əliyevə müraciət ünvanladı
Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır
Qaynari.nfo 13:58
Azərbaycan gəncləri Rusiya şirkətini boykot etməyə çağırır
İlham Əliyev Səudiyyə Ərəbistanına səfər etdi
Qaynari.nfo 09:00
İlham Əliyev Səudiyyə Ərəbistanına səfər etdi
Azərbaycanlılar aksiya keçirdi
Qaynari.nfo 12:38
Azərbaycanlılar aksiya keçirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol