Qazaxda vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə təhvil veriblər

09:44 | 11.11.2023
Qazaxda vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə təhvil veriblər

Qazaxda vətəndaşlar qanunsuz saxlanılan ov silahlarını polisə təhvil veriblər

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, keçirilən müvafiq tədbirlər nəticəsində həftə ərzində altı nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli, yivli və yivsiz ov silahlarını polisə könüllü təhvil veriblər.

Bu il ərzində keçirilən müvafiq tədbirlər nəticəsində iki əl qumbarası, yeddi silah aşkarlanıb.

"Bu il əməliyyat yolu ilə vətəndaşdan bir odlu silahəldə edilib və cinayət işi başlanılıb. Eyni zamanda, dörd tapıntı və iki könüllü silah təqdim edilib”.

O qeyd edib ki, həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb