Bu gün Qazaxın işğaldan azad edilən dörd kəndində Azərbaycanın Dövlət bayrağı ucaldılıb.
Dövlət Sərhəd Xidməti Baş Qərargahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, general-mayor Vüsal Sultanov bununla bağlı Prezident İlham Əliyevə məruzə edib.
Azərbaycan və Ermənitan arasında delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !