Qazaxıstan hazırda yarımillik İqlim Şəffaflığı Hesabatı (BTR) üzərində işləyir. Bunu bunu Bakıda keçirilən "İqlim sahəsində şəffaflığın artırılması" Yüksək Səviyyəli Dialoq çərçivəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazaxıstan Respublikası Prezidentinin beynəlxalq ətraf mühitin mühafizəsi üzrə xüsusi nümayəndəsi Zülfiyyə Süleymenova deyib.
"Qazaxıstan üçün iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin sürətləndirilməsi çox əhəmiyyətlidir. Blə ki, Yer kürəsinin əhəmiyyətli hissəsi su altında qalaraq, vətəndaşlara və bütövlükdə ölkə iqtisadiyyatına böyük ziyan vurduqdan sonra özünü büruzə verib. İki illik şəffaflıq hesabatlarının (BTRs) qəbul edilməsi iqlim səylərində kollektiv tərəqqinin başa düşülməsi və izlənilməsi üçün çox vacibdir", - Süleymanova bildirib.
Onun sözlərinə görə, BTR-nin təsdiqlənməsi qlobal iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə mühüm töhfə verəcək.
Prezidentin müşaviri onu da qeyd edib ki, Qazaxıstan hazırda şəffaflıq üzrə yarımillik hesabatı (BTR) hazırlamaq mərhələsindədir və onu noyabrda Bakıda keçiriləcək COP29 konfransından əvvəl təqdim etməyi planlaşdırır.
"Biz bu mühüm platformada birgə səylərimizi və dialoqumuzu davam etdirməyi, həmçinin COP29-a qədər yüksək nəticələr əldə etməyi səbirsizliklə gözləyirik", - Süleymanova əlavə edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !