Qazaxıstan Ukraynadakı vətəndaşlarına çağırış edib

21:26 | 05.09.2024
Qazaxıstan Ukraynadakı vətəndaşlarına çağırış edib

Qazaxıstan Ukraynadakı vətəndaşlarına çağırış edib

Qazaxıstanın Ukraynadakı səfirliyi vətəndaşlarına təhlükəsizlik baxımından ölkəni tərk etməyi tövsiyə edib.Bu barədə səfirliyin saytında məlumat verilib.

"Gərginliyin artması və təhlükəsizlik səbəbi ilə Qazaxıstanın Ukraynadakı səfirliyi Qazaxıstan vətəndaşlarına Ukrayna ərazisini tərk etmək barədə düşünməyi tövsiyə edir”, – məlumatda deyilir.

Qazaxıstan hakimiyyəti qeyd edib ki, vətəndaşlar Ukraynanı tərk etmək üçün quru yollardan istifadə edə bilərlər.

Bundan əlavə, səfirlik hava hücumu xəbərdarlığına məhəl qoymamağa, təhlükəsizlik tədbirlərinə riayət etməyə və səlahiyyətlilərin tövsiyələrinə əməl etməyə çağırır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür