Qazaxıstanda terror xəbərdarlığı “sarı” səviyyəyə qaldırılır

23:56 | 01.07.2024
Qazaxıstanda terror xəbərdarlığı “sarı” səviyyəyə qaldırılır

Qazaxıstanda terror xəbərdarlığı “sarı” səviyyəyə qaldırılır

Qazaxıstanda terror təhlükəsinin "sarı” həddə çatdırılacağı açıqlanıb.Bu barədə Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahı məlumat yayıb.

Buna səbəb iyulun 2-dən iyulun 5-dək Qazaxıstanda bir sıra mühüm beynəlxalq tədbirlər, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısının keçirilməsi və Çin liderinin dövlət səfəridir.

"Sarı”səviyyəyə xüsusilə, paytaxt Astanada, Almatı, Karaqandı və Kökşetau şəhərlərində qaldırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti