Siyasət Tenqenin devalvasiyası Qazaxıstanın bir neçə şəhərində kütləvi etiraz mitinqlərinə səbəb oldu.
ANS PRESS ”Xvilі”yə istinadən bildirir ki, Astana və Almatıda mitinqə 1000-1200 adım çıxıb. Bir neçə il qabaq neftçilərin etiraz aksiyasının yatırıldığı Janaozen şəhəri də ayağa qalxıb və etiraz mitinqinə 100-ə yaxın adam çıxıb. Etirazçılar milli valyutanın sərt devalvasiyasını gerçəkləşdirmiş Qazaxıstan Milli Bankının başçısının istefasını tələb edirlər.
Rəsmilər 30 nəfərin saxlandığını bildirir. Amma ”Xvilі”nin mənbəsinin məlumatına görə, tutulanların sayı 150 nəfərə çatır. Hazırda Astana və Almatı şəhərlərinə silahlı qüvvələr yeridilib.
Qazaxıstan Milli Bankı 11 fevralda tenqenin mübadilə kursunun əvvəlki (150 tenqe/$1+/-3%) səviyyəsində saxlamaqdan istina edib. Həmçinin maliyyə bazarında təlatümün olmaması üçün tenqenin məzənnə dəyişməsi üçün yeni dəhliz (185 tenqe/$1+/-3%) müəyyən edilib. Yanvar ayında Qazaxıstan Milli Bankının toplam beynəlxalq ehtiyatları 0,65% azalaraq $24,519 mlrd.-a düşüb.
ANS PRESS