Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO

16:04 | 30.08.2023
Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO

Qazi təqaüdünün kəsilməsinə görə etiraz edir - VİDEO

Qarabağ Qazisi Elşən Ağəmmədov əlilliyinin kəsilməsinə görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qarşısında etiraz edib.
 
Onun sözlərinə görə, müharibə zamanı iki güllə yarası alıb ikinci qrup əlildir.
 
O, bildirir ki, haqsız yerə onun pensiyasının kəsiblər.
 
Elşən Ağəmmədov deyir ki, hal-hazırda onun vəziyyəti çox acınacaqlıdır.
 
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı onunla bağlı diaqnozun təsdiqini tapmadığı, diaqnozunun əlillik təyinatına əsas vermədiyi, sağlamlığında əlillik əlaməti olmadığı müəyyən edilərək əlillik təyin edilməyib.  
 
"Goranboy rayon sakini, 1975-ci il təvəlllüdlü Ağammədov Elşən Şahbaz oğluna 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarətlə bağlı ötən il 6600 manat məbləğində birdəfəlik sığorta ödənişi edilib. 2023-cü ilin aprel ayında tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində onun əyani müayinəsi aparılıb. Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı onunla bağlı diaqnozun təsdiqini tapmadığı, diaqnozunun əlillik təyinatına əsas vermədiyi, sağlamlığında əlillik əlaməti olmadığı müəyyən edilərək əlillik təyin edilməyib", - xidmətdən bildirilib.
 
 Eltac Nurullazadə
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM