Ermənistana qaz müvəqqəti Azərbaycandan gedəcək - "Qazprom"

13:42 | 17.03.2021
Ermənistana qaz müvəqqəti Azərbaycandan gedəcək -

Ermənistana qaz müvəqqəti Azərbaycandan gedəcək - "Qazprom"

Rusiya qazının Ermənistana tədarükü "Şimali Qafqaz-Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək.

Bu barədə "Qazprom Export” məlumat yayıb.

"Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı Azərbaycan ərazisi vasitəsilə istehlakçılara tədarük ediləcək. Martın 16-da "Qazprom Export” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb”, - deyə Rusiya təchizatçısı qeyd edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM