Qəbələ RLS sökülür? - VİDEO

15:07 | 02.08.2022
Qəbələ RLS sökülür? - VİDEO

Qəbələ RLS sökülür? - VİDEO

Rusiya ordusu icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyasından (RLS) gedəndən sonra ətraf kəndlərdə yaşayan camaatın canı şüalanmadan qurtulub, həyatları normallaşmağa başlayıb. Bu barədə "Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin reportajında bildirilib.

Vurğulanıb ki, 10 ilə yaxındır Qəbələ RLS-dən rus hərbçiləri getsə də, bura nə təyinatı üzrə istifadə edilir, nə də sökülür.

Buna baxmayaraq ərazisi hərbi obyekt kimi qorunur, içəri heç kim buraxılmır.

Keçmiş Qəbələ RLS böyük bir ərazini əhatə edir. Yerli camaat istəyir ki, həmin ərazidən insanların faydası üçün istifadə olunsun.

Rayonun Vəndam kənd sakinləri Qəbələ RLS-in yenidən təyinatı üzrə istifadə olunmasını istəmirlər.

2014-cü ildə Qəbələ RLS Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindən çıxarılıb. O, hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyindədir.

Daha ətraflı:
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb