Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum kəndində dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Meşə massivi yanğından mühafizə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !