"Qəbiristanlıqda yatmışam..." - Əri tərəfindən döyülən qadın ....- FOTOLAR

22:33 | 17.06.2019

"Qəbiristanlıqda yatmışam..." - Əri tərəfindən döyülən qadın ....- FOTOLAR

Azərbaycanda əri tərəfindən döyülən qadın canlı yayıma çıxıb. 

BiG.AZ xəbər verir ki, bunu ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən Tamara deyib. 

O qeyd edib ki, ərim məni hər gün döyüb, olmazın işgəncələr verib: "Ona görə də evdən qaçmışam". 

Aparıcı Tamaranın həyat yoldaşının verilişə gəlib, onu aparmaq istədiyini söyləyib. 

Tamara həyat yoldaşı ilə getmək istəmədiyini, hələlik sığınma evində qalacağını söyləyib: "O, məni hər gün döyüb, təhqir edirdi. Bu gün hansı üzlə məni geri qaytarmaq istəyir? Mən onunla barışmaq istəmirəm. Onunla 8 il ailəli qaldım. Həyat yoldaşım mənə işgəncələr verdiyinə görə evə gedə bilmirdim. Ona görə də qəbiristanlıqda, qonşuların evində qalmışam. O, mənə çox zülmlər verib. 8 il ərzində dəfələrlə ona içkini atmasını söyləmişəm. O, ailəsini yox, içkini seçdi". 

Həyat yoldaşı efirdə görən Tamaranın ürəyi gedib. 

Aparıcı bildirib ki, Tamaranın anası ondan imtina edib: "Dəhşətli taleyə bir baxın. Tamara uşaq olan zaman yerləşdirildiyi sığınma evinə ailə qurduqdan sonra 2 övladı ilə birlikdə yenidən qayıdır". 
 
 







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti