Ermənistanın məhşur elektron-xəbər saytlarından biri olan "SİVİLNET.am”-nın analitik-jurnalisti Tatul Hakopyanın "Qarsın bir parçası” adlı videosu Ermənistan ictimaiyyəti arasında marağa səbəb olub.
Bu barədə "Qafqazinfo”ya BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi məlumat verib. O, bildirib ki, qeyd edilən materialda 1920 -ci ildə Qarsın bir parçası olan Ağbaba mahalının Ermənistana verilməsi haqqında qısa məlumat verilib. T. Hakopyan onu da vurğulaır ki, guya bu torpaqlar qədim erməni torpaqları olub və türklər buraları işgal etmişlər.
Videoda Ağbaba mahalının aynası kimi tanınan "Arpa” gölü və ətraf kəndləri haqqında da maraqlı məlumatlar var. Buradan məlum olur ki, 1988-ci ildə Ermənistandan məcburi köçürülmüş azərbaycanlıların yaşayış məntəqələrinin adları dəyişdirilsə də, 30 il keçməsinə baxmayaraq, hələ də əksər kəndlərin adlarını əvvəlki türk adları ilə çəkirlər. Məsələn: Quzukənd, Güllücə, Qoncalı və sair.
Bundan başqa, diqqət çəkən məqamlardan biri də odur ki, jurnalist T. Hakopyan əsl erməni xarakteri nümayiş etdirərək yol kənarlarında olan qəbirsanlıqların necə qorunmasından həvəslə danışır. Videoda Yeniyol kəndinin qəbirsanlığı nümayiş etdirilir. Halbuki, kəndlərin çoxunda qəbir daşları və qəbirlər dağıdılmış
vəziyyətdədir.
İsmayıl Tanrıverdi erməni jurnalistin hazırladığı videomaterialı da Azərbaycan dilinə tərcümə edib. Həmin materialı oxuculara təqdim edirik:
Erməni nümayəndə heyətinin rəhbəri Aleksandr Xatisyan və Türk generalı, XV Ordu Korpus Komandanı Kazım Qarabəkir. (Xəritədə Ağbaba mahalı açıq qəhvəyi rəngdə göstərilib.)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !