Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
Uşaqlıqdan biz bu kimi şeirlərin təsiri altında böyüyür, bu kəlmələrdən ilhamlanaraq tərbiyə alırıq. Bir sözlə, vətənpərvər olmağa öyrədilirik. Amma hər kəs bu hissi başqa cür qavrayır. Kimisi deyir ki, vətən öz övladının qədir-qiymətini bilməlidir, kimisi də öz canını vətən yolunda qurban verməyə hazırdır.
ANN.TV-nin çəkiliş qrupunun şəhər sakinləri arasında keçirdiyi "Qəfil sual" sorğusunda da bu deyilənlər öz təsdiqini tapır.
Həmin video-süjetə baxa bilərsiniz.
Müəlliflər: Fəridə Alıyeva
Rasim Əliyev
Bizi sosial şəbəkələrdə izləyin !