QƏFİL SUAL: "Axırıncı vaqon" təklifinə münasibətiniz necədir?" - ANN.TV

16:33 | 06.11.2015
QƏFİL SUAL:

QƏFİL SUAL: "Axırıncı vaqon" təklifinə münasibətiniz necədir?" - ANN.TV

Dünyada elə ölkələr var ki, qadınlar ancaq metro qatarlarının axırıncı vaqonuna minirlər (həmin ölkələrdə bu adət ictimai nəqliyyatın digər növlərinə də aid olur). Axırıncı vaqona kişilərin minməsi qadağandır, hətta səhvən hansısa kişi ora daxil olarsa, qadınlar onu yaxşıca kötəkləyib qovurlar.

Belə bir təklif sosial mediadan da gəldi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial medianın populyarlığı bu mövzunun da ildırım sürəti ilə yayımlanmasına gətirib çıxartdı. Artıq bir neçə gündür ki, hər kəs bu mövzunu çək-çevir edir. Bir çox sosial şəbəkə aktivləri qadınların bəzi əxlaqsız kişilərdən müdafiə olunması üçün bu təklifi normal hesab edir, bəziləri isə bu ənənənin yaradılmasını qadınların cəmiyyətdən təcrid edilməsinin başlanğıcı kimi dəyərləndirirlər.

ANN.TV-nin çəkiliş qrupu mövzunun aktuallığını nəzərə alıb paytaxt sakinləri arasında sorğu keçirib. Respodentlərə "Axırıncı vaqon" təklifinə münasibətiniz necədir", "Vəziyyətdən çıxış yolu kimi alternativ təklifiniz varmı", "Sizcə, bu mövzunun ortaya atılması kimlərə sərf edir" suallarına cavab xahiş olunub.

Hazırladılar:
Zülfiyyə Səfxanova
Şahpəri Abbasova


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb