Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları ixrac edə bilər

21:58 | 29.04.2024
Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları ixrac edə bilər

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları ixrac edə bilər

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə görüşdə Azərbaycanın əlavə həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib.Bu barədə diplomat "X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
 
Səfir bildirib ki, görüşdə Azərbaycandan təbii qazın Bolqarıstan ərazisinə nəqli və tranziti məsələləri diqqət mərkəzində olub.
 
"SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının çatdırılması imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, - paylaşımda deyilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb