Zelenski Qərbə çağırış edib

18:41 | 29.04.2024
Zelenski Qərbə çağırış edib

Zelenski Qərbə çağırış edib

Ukrayna hakimiyyəti Qərb ölkələrinin silahlarının ölkəyə vaxtında çatmadığını düşünür və onların çatdırılmasının sürətləndirilməsini istəyir.Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfərə gəlmiş NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında danışıb.

"Ordumuza vaxtında dəstək. Bu gün hələ də bu mövzuda müsbət bir şey görmürəm. Bu prosesi sürətləndirmək lazımdır”, - o qeyd edib.

Zelenski bildirib ki, Kiyev üçün zəruri olan döyüş zonasında vəziyyətin sabitləşməsi, döyüş meydanında təşəbbüsün ələ keçirilməsi, yeni əks-hücum cəhdi, eləcə də Ukrayna ordusunun gücü Qərb ölkələrinin hərəkətlərindən asılıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb