Qazaxıstan Bayramovla Mirzoyanın görüşündə iştirak etməyəcək

17:52 | 29.04.2024
Qazaxıstan Bayramovla Mirzoyanın görüşündə iştirak etməyəcək

Qazaxıstan Bayramovla Mirzoyanın görüşündə iştirak etməyəcək

Qazaxıstan Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda keçirilən görüşündə vasitəçi olmaqdan imtina edib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib. 
 
"Biz Almatıda belə danışıqları planlaşdırırıq. İndi biz Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq”, - məlumatda deyilir. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ceyhun Bayramovla Mirzoyanın Almatıda görüşü baş tutacaq. 
 
Aprelin 15-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra İrəvan və Bakıya sülhün bağlanması üçün danışıqlar platforması verməyə hazır olduğunu bəyan edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb