Delimitasiya ilə bağlı işlərin 50%-i yerinə yetirilib

18:07 | 29.04.2024
Delimitasiya ilə bağlı işlərin 50%-i yerinə yetirilib

Delimitasiya ilə bağlı işlərin 50%-i yerinə yetirilib

 Ermənistan və Azərbaycan Tavuş bölgəsində sərhəd hissəsinin delimitasiyası işlərinin 50%-dən çoxunu başa çatdırıb.  Bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
 
 "Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb",- məlumatda deyilir.

Bundan əvvəl Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı danışıqları tam dəstəklədiyini açıqlayıb. 
 
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

 
Hər iki ölkə arasında delimitasiya prosesinə artıq başlanılıb. 
 
Gülnar Nazimqızı 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb