Sabah Yardımlı və Masallı rayonunun bir hissəsində qaz kəsiləcək

19:44 | 29.04.2024
Sabah Yardımlı və Masallı rayonunun bir hissəsində qaz kəsiləcək

Sabah Yardımlı və Masallı rayonunun bir hissəsində qaz kəsiləcək

739
4
14








Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək.Bu barədə "Azəriqaz” İB məlumat yayıb.

Yardımlı rayonu ərazisində "Ordahal-Yardımlı” yüksəktəzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulub.

Həmçinin Masallı rayonu ərazisində yerləşən, "Masallı” qaz paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün, Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala, Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd, Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan kəndləri olmaqla 17000 əhali abonentin və 225 sənaye obyektinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb