Qətər İrandakı səfirini Tehranda Səudiyyə Ərəbistanının diplomatik missiyalarına hücum edildiyinə etiraz əlaməti olaraq geri çağırıb. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, ötən şənbə günü Səudiyyə Ərəbistanı aralarında şiə din xadimi Nimra ən-Nimranın olduğu 47 nəfəri edam etmişdi. İran din xadiminin edamına qarşı sərt etiraz etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !