Qeyb olan təyyarə haqqında son xəbərlər

09:37 | 18.03.2014
Qeyb olan təyyarə haqqında son xəbərlər

Qeyb olan təyyarə haqqında son xəbərlər

Malayziya təyyarəsinin itməsinin üstündən 10 gün keçir. O gündən bu günə kimi təyyarənin qeyb olmasının səbəbləri haqqında hər gün bir fərziyyə irəli sürülür.

 

“Axar.az” xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin nüvə sınaqlarını müşahidə edən təşkilatı Nüvə Sınaqlarının Qadağan edilməsi Andlaşması Təşkilatı (CTBTO) sistemlərinin Malayziya təyyarəsinin itdiyi gündən bu yana torpaqda və ya havada hər hansı bir qəza ya da partlayış təsbit etmədiyini bildirib.

 

Mərkəzi Viyanada olan CTBTO-dan verilən məlumatları BMT-nin katib sözçüsü Stefan Dujarik jurnalistlərə çatdırıb.

 

CTBTO-nun istifadə etdiyi texnologiyaların nüvə sınaqlarının ətrafında böyük təyyarələrin torpaqda ya da dənizdə qəzaya uğraması ya da partlamasını təsbit etmə imkanına sahib olduğunu bildirən Stefan Dujarik təyyarənin itdiyi gündən bu yana təşkilatın hər hansı qəza təsbit etmədiyini vurğulayıb.

 

Qeyd edək ki, Malayziya Hava Yollarına məxsus Boinq 777 8 mart Kuala-Lumpurdan Pekinə gedərkən 227 sərnişi və 12 şəxsi heyəti ilə radardan qeyb olmuşdu. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM