"2016-cı ildə Azərbaycan iqtisadiyyatında artımın 1,8 faiz olacağı, qarşıdakı 3 ildə isə 3,7 faizlik artım proqnozlaşdırılır”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
O qeyd edib ki, gələn il ölkədə inflyasiya 3,3 faiz səviyyəsində gözlənilir:
"Makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti kimi 50 dollar götürülüb. Dünyada geosiyasi risklərin artması, qlobal enerji bazarında qeyri-sabitlik orta və uzunmüddətli dövrdə qabaqlayıcı tədbirləri zəruri edir. Dünya iqtisadiyyatında baş verən proseslər, xüsusilə valyuta ehtiyatlarından səmərəli istifadənin, sahibkarlığa dəstəyin, biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərinin əhəmiyyətini artırır”.
Nazir əlavə edib ki, dünya iqtisadiyyatında mövcud risklər təhlil edilib və qarşıdakı 3 ildə makroiqtisadi proqnozlarla bağlı müxtəlif ssenarilər hazırlanıb.
O qeyd edib ki, 2016-cı ildə Azərbaycana 18,8 milyard manat həcmində investisiya yatırılacaq: "Gələn il Azərbaycanın neft sektoruna 8 milyard manat, qeyri-neft sektoruna isə 10,8 milyard manat investisiyanın yatırılacağı gözlənilir”.
Şahin Mustafayev onu da bildirib ki, dərman bazarında olan pozuntuları aradan qaldırmaq üçün yeni metedologiya əsasında dərman qiymətlərində dəyişiklik edilib:
"2200-ə yaxın dərmanın qiyməti təsdiq edilib. 98 faiz dərman preparatının qiymətləri endirilib. Bu islahatlar vətəndaşların xərclərinin azalmasına, vergidən yayınma hallarının qarşısını almağa xidmət edəcək və bütün dərmanlara tətbiq edilənə qədər davam edəcək”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !