Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alınıb

18:29 | 09.09.2023
Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alınıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alınıb

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni yaraqlılarının Füzuli istiqamətində təxribatının qarşısı alınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb", - müdafiə qurumu qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM