• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Qəzadan sağ çıxan hərbçilər danışır - VİDEO

Qəzadan sağ çıxan hərbçilər danışır - VİDEO
01.12.2021 11:18
DSX-nin qəzaya uğramış helikopterindən sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib. 

Anews.az xəbər verir ki, onlar "REAL TV”yə danışıb. 

Hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov bunları deyib: "Qəza enişin yerinə yetirilməsi zamanı baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterin desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin girişinin yanında idim. Heç bir şübhəli məqam yox idi.

Helikopterlərin hər ikisi təzədir. Hər bir şeyi yoxlanılmışdı. Qəza anı mənim üçün saniyələr idi. Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə külək günortadan sonra olmalı idi”.

Emil Cəfərov, həmçinin helikopterin pilotu polkovnik Fizuli Cavadov haqqında da danışıb. O qeyd edib ki, F. Cavadov birinci dərəcəli pilot idi: "Bu insan hər birimiz üçün canlı əfsanə idi, təcrübəli idi. İşğaldan azad edilmiş ərazilərdə daim döyüş tapşırıqlarını yerinə yetirirdi. Uçuş icazələrinə görə hər ikisi ən yüksəkdə idi.

"Mİ-17" dünyada ən universal helikopterlərdən biridir. Bunlardan II Qarabağ müharibəsində də istifadə olunub. Döyüşlərdə iştirak ediblər. Təlim poliqonuna gələndən sonra hamı öz yerini tuturdu. Ondan sonra döyüş atışlarına başlayırdılar. Biz təlim zonasına gəlirdik ki, qəza baş verdi”.

Digər yaralı - kapitan Ramil Ədilov bildirib ki, enişə gələndə birdən-birə idarəetmə itirilib: "Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki, buradayam. Heç bir kənar müdaxilə olmayıb. Külək də elə çox deyildi”.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol