• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Qəzaya uğrayan təyyarənin qara qutusu açıldı

Qəzaya uğrayan təyyarənin qara qutusu açıldı
20.11.2013 09:41
Rusiyada Dövlətlərarası Aviasiya Komitəsi bazar günü Kazanda qəzaya uğramış təyyarənin qara qutusunda hasil olunmuş ilkin məlumatları ictimaiyyətə açıqlayıb.Anspress xəbər verir ki, deşifrələmədən sonra bəlli olub ki, Boinq 737-nin ekipajı təyyarəni mexaniki rejimdə endirib. Mühərriklər isə uçuş zolağı ilə təmas anına kimi işlək vəziyyətdə olub. Rusiyanın Fövqaladə halları Nazirliyinin əməkdaşları 50 nəfərin həyatına son qoymuş qəza yerində əsas işləri yekunlaşdırsa da, göyərtə danışıqlarını qeydə almış kassetin axtarışları hələ də davam etdirilir. Mütəxəsislər aviaqəzanın baş vermə səbəbləri ətrafında araşdırmalar aparır. Müntəzəm olaraq qəzayla bağlı yeni təfərrüatlar ortaya çıxır. Məlum olub ki, Tatarıstan hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi eniş zolağına yaxınlaşan vaxt, aeroportun hava məkanına standard giriş həyata keçirə bilməyib və bunun üçün ikinci dövrəyə getməyi qərara alıb. Həmçinin aydınlaşıb ki, ekipajın rəhbəri qəza anına qədər, reallıqda təkrar dövrəyə getmə manevrini heç vaxt yerinə yetirməyib. Xatırladaq ki, Moskva-Kazan reysi ilə uçan Tatarıstan hava yolları şirkətinə məxsus Boinq 737 sərnişin təyyarəsi bazar günü Kazan aeroportuna enən zaman partlayıb. Aviaqəza 6 ekipaj üzvü və 44 sərnişinin, o cümlədən Tatarıstan prezidentinin oğlu və Tatırstan Federal Təhlükəsizlik Xidməti İdarəsinin rəhbərinin həyatına son qoyub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur - Paşinyan
Dünya 23:12
Ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur - Paşinyan
Putin Trampın xüsusi nümayəndəsi ilə qapalı görüş keçirəcək
Dünya 20:51
Putin Trampın xüsusi nümayəndəsi ilə qapalı görüş keçirəcək
Putin Ukraynada hərbi əməliyyatların dayandırılmasının şərtini açıqlayıb
Dünya 19:44
Putin Ukraynada hərbi əməliyyatların dayandırılmasının şərtini açıqlayıb
ABŞ İranla əlaqəli şirkətlərə və gəmilərə qarşı sanksiyalar tətbiq edib
Dünya 19:10
ABŞ İranla əlaqəli şirkətlərə və gəmilərə qarşı sanksiyalar tətbiq edib
Türkiyəli rəsmilər Dəməşqə gedib
Dünya 19:01
Türkiyəli rəsmilər Dəməşqə gedib

İsrail Dəməşqə zərbələr endirib
Dünya 15:40
İsrail Dəməşqə zərbələr endirib
Tehran və Vaşinqton danışıqlar aparır
Dünya 15:28
Tehran və Vaşinqton danışıqlar aparır
TikTok yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək
Dünya 15:07
TikTok yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək
İran İsrailin Qəzzaya pilotsuz təyyarələrlə hücum etdiyini bildirib
Dünya 13:51
İran İsrailin Qəzzaya pilotsuz təyyarələrlə hücum etdiyini bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol