Martın 19-da terrorçu «HƏMAS» təşkilatının rus dilli «Palestine-info» saytında yayılan məlumatda bildirilib ki, Qəzza zolağında təşəbbüs qrupu yaranıb.
Lent.Az-ın məlumatına görə, bu qrup Qəzzanın Rusiyanın tərkibinə daxil olması məqsədi üçün referendumun keçirilməsi ilə bağlı zolaqdakı hökumətin başçısı İsmayıl Həniyəyə müraciət qəbul edib.
«Moskva bildirib ki, dünyanın harasında yaşamasına baxmayaraq, öz vətəndaşlarını müdafiə edəcək. Uzun illərdir biz İsrail tərəfindən təhdid altında yaşayırıq. Əgər Qəzza zolağı Rusiyanın tərkibində olarsa, onda burada yaxşı təchiz olunan sərhəd qurular, müasir silahlar, hətta nüvə silahı yerləşdirilər və İsrail sionistləri, Misir xuntası fələstinlilərlə başqa şəkildə davranar»-deyə, təşəbbüs qrupundan olan «N» adlı bir nəfər bildirib.
Təşəbbüs qrupu onu da qeyd edib ki, Qəzza zolağında hazırda 50 minə yaxın Rusiya vətəndaşı yaşayır. Onlar fələstinlilərə ərə gedənlərdir.
ANN.Az