• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

QHT-lərin qeydiyaytı aktiv təziq və şantaj fonunda baş verir - Baş nazir

QHT-lərin qeydiyaytı aktiv təziq və şantaj fonunda baş verir - Baş nazir
09.09.2024 11:49
Gürcüstanda QHT-lərin qeydiyaytı aktiv təziq və şantaj fonunda baş verir. Bu ölkənin baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
 
Hazırda 
 
450-dən çox qeyri-hökumət təşkilatı "Xarici təsirin şəffaflığı haqqında” qanuna əsasən reyestrdə qeydiyyatdan keçib.
 
"QHT-lərin qeydiyyatı prosesi aktiv təzyiq və şantaj fonunda baş verib”. !eyri-hökumət təşkilatları həm QHT-lər, həm də ayrı-ayrı xarici donor təşkilatları tərəfindən təhdid və şantaj olunur”, - o bildirib. 

Kobaxidze həmçinin "Gürcüstan QHT-ləri üçün qrant proqramının yaradılması haqqında” qərarını açıqlayıb ki, bu proqram gürcü vergi ödəyicilərinin pulları hesabına tam şəkildə Gürcüstanın dövlət büdcəsindən maliyyələşdiriləcək yaxın iki ayda hazırlanacaq və ilk qrant layihələri 2025-ci il yanvarın 1-dən maliyyələşdiriləcək.
 
Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında” qanun ("xarici agentlər” qanunu) avqustun 1-dən qüvvəyə minib.
 
Bu qanun gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edən qeyri-hökumət təşkilatlarını və KİV-ləri Milli Dövlət Reyestri Agentliyində qeydiyyatdan keçirməyə məcbur edir.

Qanunda qeyd olunur ki, xarici dövlətin maraqlarını güdən təşkilatlar qeydiyyatdan yayınarsa 25 min lari (9 min dollardan çox) məbləğində cərimələnəcəklər. 

Gürcüstanda QHT-lərin dəqiq sayı məlum deyil, lakin hakim "Gürcü arzusu” partiyasının sədri İrakli Qaribaşvili jurnalistlərə bildirib ki, haqırda ölkədə üç minə yaxın təşkilat var və  onların böyük əksəriyyəti xarici maliyyə yardımı hesabına fəaliyyət göstərir.

Parlamentin qəbul etdiyi "xarici agentlər” haqqında qanun gürcü müxalifətinin etirazına və Gürcüstan hökumətinə maliyyə yardımını qismən dayandıran ABŞ və Avropa İttifaqının mənfi reaksiyasına səbəb olub.
 
Gülnar 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda böyük mitinq: polis ilə toqquşmalar baş verib
Dünya 04:54
İstanbulda böyük mitinq: polis ilə toqquşmalar baş verib
USAID fəaliyyətini dayandırdı
Dünya 18:35
USAID fəaliyyətini dayandırdı
İran və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub
Dünya 18:06
İran və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub
Rusiyanın sabiq müdafiə nazir müavini 13 il azadlıqdan məhrum edildi
Dünya 17:57
Rusiyanın sabiq müdafiə nazir müavini 13 il azadlıqdan məhrum edildi
Kim Çen In Rusiya tərəfində döyüşlərdə həlak olan əsgərlərinin xatirəsini anıb
Dünya 15:17
Kim Çen In Rusiya tərəfində döyüşlərdə həlak olan əsgərlərinin xatirəsini anıb
Kreml Azərbaycanda rusiyalı jurnalistlərin saxlanmasına münasibət bildirib
Dünya 15:16
Kreml Azərbaycanda rusiyalı jurnalistlərin saxlanmasına münasibət bildirib
Türkiyədə FETÖ əməliyyatı - 156 nəfər saxlanılıb
Dünya 12:31
Türkiyədə FETÖ əməliyyatı - 156 nəfər saxlanılıb
Rusiyada Azərbaycan mənşəli şərab və konyakların satışına qadağa qoyula bilər
Dünya 12:14
Rusiyada Azərbaycan mənşəli şərab və konyakların satışına qadağa qoyula bilər
Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib
Dünya 09:41
Tramp Suriyaya qarşı sanksiyaları ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol