Qida və su təhlükəsizliyinin idarəedilməsi olduqca aktualdır. Bunu AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva COP29 beynəxalq tədbiri zamanı "Vahid Sağlamlıq: Konsepsiyadan gerçəkliyə" mövzusunda təqdimat zamanş deyib.
O bildirib ki, insan, heyvan və ekosistemin sağlamlığının optimal səviyyələrinə çatmaq vahid yanaşmadır.
""Vahid Sağlamlıq” yanaşmanın istər
milli, istərsə də beynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək,
qarşıya qoyulan məsələlərə çatmaq, o cümlədən insan, heyvan və ətraf mühitdə
qarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısının alınması üçün
səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi
müxtəlif sektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Buna
görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatın
vəzifəsi hesab edilir", - sədr müavini çıxışında deyib.
Bakıda COP29 beynəxalq tədbiri keçirilir. Bu gün tədbirin doqquzuncu günüdür.
Tədbirdə 100-dən çox ölkənin rəsmi nümayəndləri çıxış edir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !