Qırğızıstanın dövlət kanalı Azerspace-1 peykinin resurslarından istifadə etməyə başlayıb

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos” ASC və Qırğızıstanın İctimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Qırğızıstanın İctimai Televiziya kanalı olan KTRK kanalı Azerspace-1 peykinin resurslarından istifadə etməyə başlayıb. Bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından Azərkosmos üçün böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, Qırğızıstanın digər kanalları da Azerspace-1 peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər