Azərbaycana qış fəsli dekabrın 21-i, Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq.
Anews.az-ın xəbərinə görə, bu barədə Report-a açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, həmin vaxt ən uzun gecə müşahidə olunacaq: "Bu halda gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !