Bizimyol.info xəbər verir ki, 22 yaşı qatil İlya Metliskiy 16 il müddətində azadlıqdan məhrum olunub.
Belə ki, 2018-ci il mayın 8-i Metliskiy sevgilisi Anastasiyanın evinə gəlib.
Anastasiya Metliskidən ondan aldığı 300 min rubl borcu qaytarmasını tələb edib. Buna qəzəblənən gənc bıçağı əlinə alaraq Anastasıyanın üz, qol, ayaq və qarın nahiyələrinə zərbələr endirməyə başlayıb. Daha sonra qızın qana bulanmış cəsədi ilə "selfie" çəkdirərək öz keçmiş sevgilisinə göndərib, onu da bu hala salacağına söz verib. Mənzili tərk etməzdən öncə qatil Anastasiyanın mobil telefonunu və kartından pullarını çəkib. Həmçinin, gənc qızın qohumlarına yazaraq, onun əməliyyat olunması üçün təcili pula ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, Anastasiyanın 20 yaşı olub. O, Sankt Peterburqa Novosibirsk şəhərindən jurnalistika fakultəsində təhsil almaq üçün gəlib. Gənc qızın pişikləri sevdiyi və səhayət etməyi xoşladığı bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !