Qızılın qiyməti rekord yeniləyərək unsiya üçün 2 748 dollara yüksəlib.
Qızıl bahalaşmağa davam edir, qiymətli metalın dəyəri bazar ertəsi keçirilən ticarət sessiyasında rekord səviyyəyə çatıb.
Bakı vaxtı ilə saat 12:50-yə olan məlumata görə, dekabr ayı üçün qızılın fyuçers qiyməti troy unsiyası üçün 2 746,9 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,6% yüksəkdir. Əvvəlki ticarət sessiyasında isə qiymətli metalın dəyəri 2 748 dollara qədər qalxıb.
Qızıl, "təhlükəsiz liman" aktivlərinə olan tələbin artması fonunda bahalaşır. Treyderlər Yaxın Şərqdəki hadisələri diqqətlə izləyir və regionda münaqişənin genişlənməsindən ehtiyatlanırlar. ABŞ prezident seçkilərinin nəticələrinə dair qeyri-müəyyənlik də qiymətli metala olan tələbi dəstəkləyir.
Qiymətli metallara olan tələbin artmasına səbəb olan digər bir amil isə dünya üzrə mərkəzi bankların pul-kredit siyasətini yumşaltmasıdır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !