"Report"un versiyi xəbərə görə, UBS bankda isə hesab edirlər ki, Yunanıstan avro bölgəsindən ayrıla bilər və bu zaman qızıla tələbat yaranacaq. Amma bu tələb zəif və qısamüddətli olacaq. Daha sonra bank təhlilçiləri qeyd ediblər ki, son zamanlar maliyyə bazarları artıq mənfi xəbərlərə qarşı immunitet qazandıqları üçün qızıl bu tip hadisələrə kəskin reaksiya vermir. Qızılın yüksəlməsi üçün həqiqətən maliyyə bazarlarında risk yarada biləcək hadisələr baş verməlidir.
Qeyd edək ki, qızılın unsiyası (31,1 qram)mayın 17-də 1 232 dollar qiymətindən azalmağa başlayıb və hazırda 1 163 dollara düşüb. Qızılın maksimum qiymətini 2011-ci il sentyabrın 4-də olub və 1 911 dollar/ unsiya təşkil edib. Təhlillər onu göstərir ki, qızıl 1 130 dollardan aşağı enərsə tezliklə 1010 dollara, daha sonra isə qiymət hətta 680 dollara qədər geriləyə bilər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !