Dünyada 75 milyon insan məcbur köçkündür

12:54 | 24.06.2024
Dünyada 75 milyon insan  məcbur köçkündür

Dünyada 75 milyon insan məcbur köçkündür

Hazırda dünyada 75 milyon insan məcburi köçkün düşüb ki, bu da 10 il əvvəllə müqayisədə 2 dəfə çoxdur. BMT Baş Katibinin daxili köçkünlük probleminin həlli üzrə xüsusi müşaviri Robert Piper deyib.

Piper bildirib ki, uzunmüddətli yerdəyişmə və köçkün düşmənin səbəbi müharibə, zəlzələ, daşqın və digər təbii fəlakətlərdir.
 
"Bu rəqəm 10 il əvvəllə müqayisədə 2 dəfə çoxdur. Qaçqınlardan fərqli olaraq məcburi köçkünlər yerdəyişmə zamanı beynəlxalq sərhədləri keçməyiblər”, -
Piper BMT Baş Katibinin Məcburi Köçkünlük üzrə Fəaliyyət Gündəliyinin iki illiyi ilə bağlı Cenevrə mətbuat korpusuna verdiyi məlumat zamanı qeyd edib.
 
Müşavir BMT-nin Qaçqınlar üzrə Agentliyinin ( UNHCR ) və Beynəlxalq Miqrasiya Təşkilatının ( BMqT ) işinə çox etibar etməkdənsə, problemi daha çox kəsişən şəkildə həll etməyə görə, hökumətlərarası forum yaratmaq üçün Üzv Dövlətlərə müraciət edib.

BMT-nin müstəqil eksperti Paula Betankurun sözlərinə görə, Myanmada baş verən vətəndaş qarşıdurması 3 milyon məcburi köçkünün əskəriyyətini sığınacaq, qida və sudan məhrum edib.
 
O bildirib ki, 2023-cü ildə BMT-nin humanitar qrupları 50 milyon məcburi köçkünə kömək etməsinə baxmayaraq davamlı həllərin yaradılması üçün daha çox iş görülməlidir.
 
Aygün Mirakif
 

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM