QMİ-dən bəzi saytlara cavab

16:56 | 02.09.2014
QMİ-dən bəzi saytlara cavab

QMİ-dən bəzi saytlara cavab

Qafqaz Müsəlmanları İdarəsi bəzi saytlarda qurumla bağlı yayılan xəbərlərə aydınlıq gətirib. QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qurum yazıların təxribat xarakterli olduğunu bildirib: "Bəzi saytlarda QMİ ilə bağlı yayılan provokativ xarakterli yazılarla bağlı bildiririk ki, bu, İdarənin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan təxribatdır.Qafqaz Müsəlmanları İdarəsi və onun yerləşdiyi Təzəpir məscid kompleksi protokol məkanlar sırasına daxildir. QMİ sədri Şeyxülislam dövlət tərəfindən qanuna uyğun olaraq mühafizə olunan şəxsdir, mühafizə xidməti ilə təmin edilmiş ictimai xadimdir. Bu baxımdan, İdarənin və onun rəhbərinin mühafizəsi, habelə Kompleksin təhlükəsizliyinin qorunması məqsədilə dini mərkəzin binası uzun illərdir ki, təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. Həmçinin, məscidlər, kütləvi tədbirlərin keçirildiyi məkan olduğundan bu yerlərdə təhlükəsizlik kameralarının quraşdırılması zəruridir.İdarə daxilində hər hansı izləmə və ya gizli müşahidə ilə bağlı informasiyalar həqiqətə uyğun deyildir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür