Qobustanda yeni kənd həkimi məntəqəsi yaradılıb
Qobustanın Ərəşşalbaş kəndində yeni kənd həkimi məntəqəsi istifadəyə verilib. Bu barədə TƏBİB-dən bildirilib.
Qobustan Rayon Mərkəzi
Xəstəxanasının direktoru Günay Muradova bölgələrdə və ucqar kəndlərdə tibbi
xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb.
O, yeni tikilən kənd həkim məntəqəsinin Ərəbşalbaş kəndinin sakinlərinin
sağlamlığına töhfə verəcəyinə, məntəqə vasitəsilə tibb işçilərinin kənddə ilkin
səhiyyə xidmətlərini daha yüksək səviyyədə təşkil edəcəyinə
əminliyini bildirib.
www.anews.az
Məntəqənin açılış mərasimində
TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov,
Qobustan Rayon İcra Hakimiyətinin başçısının birinci müavini Məharət Əkbərov,
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, xeyriyyəçi,
həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadə, o cümlədən rayon ictimaiyyəti
və tibb işçiləri iştirak edib.
Xeyriyyəçi,
həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadənin şəxsi vəsaiti ilə tikilən
yeni kənd həkim məntəqəsi 243 kv. sahənin əhatə edir və ümumilikdə 7 otaqdan
ibarətdir. Məntəqədə müdir, həkim, peyvənd, manipulyasiya, qeydiyyat, texniki
və müayinə otaqları var.
Yeni kənd həkim məntəqəsinin
açılışında iştirak edən TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin
müdiri Nəhmət Rəhmanov çıxışında bildirib ki, ölkədə əhalinin sağlamlığının
qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində dövlət tərəfindən
davamlı mühüm tədbirlər həyata keçirilir. Bu sahəyə ayrı-ayrı şəxslərin
dəstəyinin də vacibliyini qeyd edən N.Rəhmanov şəxsi vəsaiti hesabına kənd
həkim məntəqəsini inşa etdirən Ə.Mollaalmazzadəyə minnətdarlığını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox