Bakıda qatardan qaçan məhbus Əli Ağaminin əvvəlki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Anews.az Report-a istinadən xəbər verir ki, ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağamiyə hökm oxuyub.
Proses Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.
Məlumata görə, hakimlər kollegiyası Lənkərandan Bakıya məhz bu məhkəmə iclasına görə gəlib.
Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !