"Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı xüsusi sücaət göstərmiş bir neçə polis əməkdaşı mükafatlandırılıb.
Anews.az ucnoqta.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb.Qərara görə "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı fərqlənən polis əməkdaşlarından ikisinin rütbəsi qaldırılmış, digərini isə müvafiq zamanda Polis Akademiyasında təhsil almağa göndərilməsi ilə bağlı göstəriş verilmişdir.Bundan başqa həmin əməliyyatda iştirak edən polis nəfərləri pul mükafatları və digər qiymətli əşyalarla mükafatlandırılıb.Bununla bağlı məlumat DİN-nin mətbuat xidmətindən saytımıza açıqlama verilərək təsdiq edilib.
Qeyd edək ki, Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçan "Qoca" ləqəbli Etibar Məmmədovun saxlanılması zamanı atışma baş vermiş, E.Məmmədov öldürülmüşdü.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !