"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni – TƏYİNAT

12:33 | 24.11.2017

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni – TƏYİNAT

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib.

Anews.az ucnoqta.az-a istinadən xəbər verir ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub.

Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri, ədliyyə polkovnik-leytenantı  Pərviz Abdullayev bir müddət bundan əvvəl qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti