Son vaxtlar ölkə mediasında Azərbaycanla ABŞ arasındakı münasibətlərin gərginləşməsi haqqında məqalələr dərc olunur. Pərdəarxasının görünməyən tərəfi necədir - iki ölkə arasındakı bu münasibətlər doğrudanmı gərginləşib? Ermənistan paytaxtında faciə kimi, Ankarada isə tarixi hadisənin 100 illiyi kimi qeyd olunan hadisələrin fonunda rəsmi Vaşinqton qondarma "erməni soyqırımı" məsələsinə necə reaksiya verəcək?
Politoloq Zərdüşt Əlizadə ANN.Az-a açıqlamasında qeyd edib ki, əslində ABŞ-Azərbaycan arasındakı münasibətlərdə heç bir gərgin vəziyyət yoxdur: "Ölkənin istər rəsmi, istərsə də digər mətbu orqanlarında yazılan məqalə əsasında belə bir qənaətə gəlmək düzgün deyil. Münasibətlər yaxşı səviyyədədir: iqtisadi, hərbi, siyasi səviyyələrdəki əlaqələri buna nümunə kimi göstərə bilərik. Sadəcə son günlər dünya səviyyəsində baş verən siyasi proseslər bu gərginliyi yaratmaq istəyənlər üçün bir vasitəyə çevrilib və bu əlaqələrə də bu cür ad verirlər. Bu münasibətlərə gərginlik adı verənlər sübut olaraq Azərbaycanda insan hüquqlarının pozulması hallarını göstərirlər və ABŞ siyasətçiləri də bunu kəskin tənqid edirlər. Amma bu fikirləri səsləndirənlərin hamısı əsassızdır. Əslində real vəziyyətə baxanda bu əlaqələrin yaxşı səviyyədə olduğu açıq şəkildə görünür".
Politoloq ABŞ-dakı ştatların əksəriyyətinin qoydarma soyqırımı tanımasında söz açarkən qeyd edib ki, ABŞ-ın mərkəzi və federal hökuməti bunu tanımaq məcburiyyətindədir: "Çünki artıq 37 ştat bu uydurma soyqırımı tanıyıb. Amma hələlik prezident administrasiyası bunu tanımır. Bundan başqa qondarma "erməni soyqırımı"nın tanınması bir biznes layihədir. Yəni əgər bu layihə tanınsa, bu biznes layihəsinə birdəfəlik son qoyulacaq. Bu biznes layihədən də Amerika siyasətçiləri öz xeyirlərinə istifadə edirlər. Hər seçkidə ermənilərin səslərindən özləri üçün istifadə olunur".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !