Qonşu ölkədə təyyarə reysləri bərpa olunur - FOTO

22:40 | 10.04.2020
Qonşu ölkədə təyyarə reysləri bərpa olunur - FOTO

Qonşu ölkədə təyyarə reysləri bərpa olunur - FOTO

Türkiyədə koronavirusla bağlı vəziyyət yaxşı deyil. Ölənlərin sayı mini ötüb, azı 47 min nəfər virusa yoluxub. Amma qardaş ölkədə təyyarə reyslərini bərpa etmək qərarına gəliblər.

Bizimyol.info xəbər verir ki, mayın 1-dən daxili reyslər bərpa olunacaq. "Türkiyə Hava Yolları” bilet satışlarına başlayıb. Sosial şəbəkələrdə paylaşılan fotolarda İstanbul-İzmir reysinə bilet almağın mümkünlüyü diqqət çəkir.

"Twitter”də təyyarə uçuşlarının bərpası böyük sevinclə qarşılanıb. Şəbəkə istifadəçiləri Nigeriyaya da reyslərin bərpa olunduğunu yazıb.
Türkiyədə uçuşlar martın sonlarında dayandırılmışdı. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Atatürk və Sancaktəpə hava limanlarının 1000 yerlik xəstəxanalara çevriləcəyini bildirmişdi.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti