Qorxulu xəbərdarlıq! 17 marta diqqət!

18:18 | 12.03.2015
Qorxulu xəbərdarlıq! 17 marta diqqət!

Qorxulu xəbərdarlıq! 17 marta diqqət!

Mart ayında baş verəcək Mars və Uran "görüşməsi" astroloqları qorxudub.
 
ANN.Az türk mediasına istinadn xəbər verir ki, türk astroloq Su Karakuş 2015-ci ilin ən çətin və təhlükəli tarixin 17 mart olacağını deyir. Mütəxəssisə görə, həmin gün ciddi təhlükə kəsb edən hallar və kütləvi ölümlər yaşana bilər. Karakuş bu təhlükənin 20 marta - ilin ilk Günəş tutulması hadisəsi olan günə qədər davam edə biləcəyini proqnozlaşdırır.
 
ZƏLZƏLƏ XƏBƏRÇİSİ

 
Digər türk astroloq Nuray Sayarı 2015-ci ilin ilk günəş tutulmasının balıq-qoç bürclərinin təmas anında baş tutacağını xatırladıb və bu tutulmanın zəlzələnin xəbərçisi olması qənaətindədir: "Neptun də balıq bürcündə olduğu üçün dumanlı hisslərdən xəbər verir". Onun sözlərinə görə, hadisələrin sadəcə 17 mart tarixi ilə sərhədləşdirmək istəmədiyini, ümumiyyətlə mart, aprel vı may aylarında terroru ejtiva edən hadisələrin və dəniz qəzalarının daha çox olacağını proqnozlaşdırdığını, belə ehtimalların varlığını qeyd edib: "Hava, torpaq və suda təhlükələr var. 17 martda Ayın Sutökən bürcündə olması cəmiyyətdə iğtişaşların artmasına ejtimal verir. Gəzi hadisələri zamanı da Ay tutulması vardı".
 
"TƏYYARƏ QƏZALARINA VƏ SUİ-qəsdlərə DİQQƏT
 
Digər astroloq Fizil Özkul də 17 martın risk daşıdığını, bütün dünyada kütləvi ölümlərin baş verəcəyi fikrini müdafiə edib: "Uran 84 ildən bir Qoç bürcünə daxil olur. Mars və Uran ilk dəfə qovuşma vəziyyətindədir. Ayın 20-də - balıq bürcünün sonuncu günündə isə tam Günəş tutulması təbii hadisəsi baş verəcək.

1999-cu ildə də tam Günəş tutulması Şir bürcündə olmuşdu və Mərmərə zəlzələsi baş vermişdi. Yenə də bu cür ölümlərin olma ehtimalı var. Təyyarə qəzaları və insan oğurluğu, partlayışlar, dövlət adamlarına sui-qəsd yaşana bilər".
 
"Edə biləcəyimiz bir şey yoxdur"
 
Astroloq "nə edə bilərik" - sualına isə bu cavabı verib: "Doğum və ölüm nə qədər həqiqətdirsə, bu hadisələrin gətirəcəkləri də o qədər gerçəkdir. Edə biləcəyimiz bir şey yoxdur. İçimizi təmiz saxlamalıyıq".


ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM