Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçib

14:47 | 19.01.2024
Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçib

Qoşulmama Hərəkatına sədrlik Azərbaycandan Uqandaya keçib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov  Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. 
 
2023-cü il noyabrın 20-21-də Bakıda Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının qadın hüquqlarının təşviqi və səlahiyyətlərinin artırılması üzrə konfransı keçirilib.
 
Qoşulmama hərəkatı ilk dəfə 1955-ci il İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında təsis edilib. Bu konfransdan 6 il sonra, 1-6 sentyabr 1961-ci il keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. 
 
Hərəkatın daimi mənzil qərargahı yoxdur Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır.
 
Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
 
Azərbaycan bu təşkilata ilk dəfə 2011-ci ildə üzv seçilib.
 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM