Qırğızıstan ABŞ-a nota verdi

15:46 | 14.11.2013
Qırğızıstan ABŞ-a nota verdi

Qırğızıstan ABŞ-a nota verdi

Qırğızıstan ABŞ-a “Manas” Tranzit Daşımaları Mərkəzinin fəaliyyəti haqda sazişin dayandırıldığı barədə nota verib.APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, notanı Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev ABŞ-ın ölkədəki səfiri Pamela Spratlenə şəxsən təqdim edib. Qeyd edək ki, sonradan Tranzit Daşımaları Mərkəzi adlandırılan aviabaza 2001-ci ilin dekabrında Əfqanıstandakı əməliyyatlarla bağlı yaradılıb. ABŞ-ın 2014-cü ildə koalisiya qüvvələrinin əsas kontingentinin Əfqanıstandan çıxarılması qərarı ilə əlaqədar Qırğızıstan hakimiyyəti aviabaza barədə 2014-cü ilin ortalarında bitəcək müqavilənin müddətini uzatmamağa qərar verib. Qırğızıstan prezidenti Almazbek Atambayev “Manas” hava limanının tam mülki obyekt olacağını söyləyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM