Qırğızıstan prezidenti Almazbek Atambayev hökumətin istefası barədə sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, baş nazir, onun müavinləri, hökumət üzvləri yeni tərkib formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər.
Martın 18-də Ata Məkan Partiyası parlamentdə çoxluq təşkil edən koalisiyanın tərkibindən çıxdığını açıqlayıb. Ölkə qanunlarına əsasən, belə hallarda Nazirlər Kabineti avtomatik istefaya gedir. İndi Qırğızıstan parlamentinin 5 fraksiyası yeni koalisiya formalaşdırmaq üçün məsləhətləşmələr aparmalı və bundan sonra yeni hökuməti formalaşdırmalıdır. Ölkənin ali qanunverici orqanının tərkibinə Ata Məkandan başqa Sosial-Demokrat, Respublika, Ar-Namus və Ata Yurd partiyaları da daxildir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !