Bazardan bazara çox fərq var. Şəhər bazarlarında daha çox qələbəlik, tünlük, üstəlik bahalıq olsa da, orada adamlar o qədər bir-birləri ilə səmimi olmaz, bütün diqqət ancaq alış-verişə yönələr. Uzağı, satıcı daimi müştərilərini yaxından tanıyar.
Amma kənd, rayon bazarlarında mənzərə belə olmur. Satıcıların da, alıcılarında çoxu bir-birlərini yaxından tanıyar, yaxşı alıcının da, yaxşı satıcının da kim olduğunu uzaqdan bəlli olar. Eyni zamanda, rayon-kənd bazarlarında bir səmimiyyət olur – şəhər əhalisi nə qədər çəkingən və ehtiyatlıdırsa, rayon əhalisi hər hansı fotonun çəkilməsi zamanı belə səmimiyyət nümayiş etdirər, gülər, zarafat edər, poz nümayiş etdirər, hətta tanımadığı adamlara yardım etməkdən çəkinməzlər.
ANN.Az-ın fotomüxbirinin Quba bazarından əsas müşahidə etdikləri də bunlar idi. Azərbaycanın qədim guşəsinin məşhur bazarından fotosessiyanı oxuculara təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !