Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işlərinə başlanıldı - FOTO

12:40 | 24.08.2017
Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işlərinə başlanıldı - FOTO

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işlərinə başlanıldı - FOTO

Bu barədə Oxu.Az-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Sözügedən yolun 5.5 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər hissələrdə isə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi, yararsız qruntun qazılaraq çıxarılması və yerinə yararlı material tökülərək kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.

Ümumilikdə işlər zamanı yola 2 qat olmaqla, 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir. İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 52 ədəd yol nişanı quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM