Qubad İbadoğluna görə istefalar başladı - FOTO

22:34 | 06.02.2015
Qubad İbadoğluna görə istefalar başladı - FOTO

Qubad İbadoğluna görə istefalar başladı - FOTO

Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik partiyadan istefa verdiyini elan edib.
 
Musavat.com xəbər verir ki, o, bu barədə Facebook-da yazıb. O, istefasının səbəbini belə əsaslandırıb: "Qubad İbadoğlunun haqqında Divanın verdiyi qərara etiraz olaraq Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm. Mən artıq Müsavat Partiyasının üzvü deyiləm”.
 
 
 
 
Qeyd edək ki, Müsavat Partiyasının keçmiş başqanlığa namizədi Qubad İbadoğlu partiya sıralarından xaric edilib.  Buna Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar verilib. Q. İbadoğlunun partiyadan çıxarılması ilə bağlı qərar 12 nəfər lehinə, bir nəfər bitərəf qalmaqla qəbul olunub.
 
ANN.Az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM