• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Qubad İbadoğlunun qızı atasının həbsindən danışıb

Qubad İbadoğlunun qızı atasının həbsindən danışıb
24.07.2023 09:52
Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə şübhəli şəxs qismində saxlanılıb. Bu barədə siyasətçinin qızı Jalə Bayramova yazıb.

«Onu hal-hazırda «bandotdelin» zirzəmisində saxlayırlar. Ona dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur.  Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündü. Həmin dərmanlarsız o sadəcə məhv ola bilər», -Bayramova öz facebook hesabında bildirib.
 
Daxili İşlər Nazirliyi hələlik bununla bağlı açıqlama verməyib.
 
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də yolda saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət aparılıb.
 
Daxili İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, Qubad İbadoğlu  FETÖ ilə əlaqədə şübhəli bilinir və buna görə onun ofisində araşdırma aparılır. 
 
«Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Qubad İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir», - nazirlikdən qeyd olunub.
 
Azərbaycan Demokratiya və Rifah Partiyasının qurucusu və ilk sədridir. O azərbaycanl siyasətçi, həm də iqtisadi elmlər namizədidir. İbadoğlu Londonda yaşayır. Anasının səhhəti ilə əlaqədar iyulun 1-də Azərbaycana gəlib. 
 
Qubad İbadoğlu deputat Vüqar Bayramovun qardaşıdır. 
 
Gülnar 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Cəmiyyət 23:13
Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Ramazanın 11-ci gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:30
Ramazanın 11-ci gününün duası,imsak və iftar vaxtı
Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf
Cəmiyyət 21:23
Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 20:17
Sabah bu ərazidə qaz olmayacaq
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 19:00
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Tofiq Yaqubluya hökm oxunub
Cəmiyyət 18:20
Tofiq Yaqubluya hökm oxunub
ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib
Cəmiyyət 18:03
ADY Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib
Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi
Cəmiyyət 17:30
Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi
İtaliya Ukraynaya qoşun göndərilməsinin əleyhinədir
Cəmiyyət 16:51
İtaliya Ukraynaya qoşun göndərilməsinin əleyhinədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol